Siyasət

İlkin Rüstəmzadənin səhhəti pisləşib

Nida Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Məsud Əsgər bildirib ki, “Nidaçı vicdan məhbusu İlkin Rüstəmzadə ciddi xəstədir. Vəziyyəti getdikcə daha da pisləşir”.

Onun sözlərinə görə, İlkin Rüstəmzadənin mədəsində və bağırsağında şiddətli ağrılar var. Ancaq aidiyyatı qurumlar onun dəfələrlə müraciətinə baxmayaraq səhhətindəki ciddi problemlə maraqlanmır. Belə davam etsə, İlkin ölümlə üz-üzə qala bilər.

2013-cü ildə “Əsgər ölümlərinə son” mitinqlərinin təşkilatçılarından biri olan İlkin Rüstəmzadə Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən “vicdan məhbusu” kimi tanınır.

Daha çox göstər
Back to top button