İran “Aras” azad ticarət zonasının nümayəndələri Ermənistana əməkdaşlıq üçün təkliflər təqdim edib

Ermənistan Respublikasının Ərazi idarəetmə və inkişaf naziri Davit Lokyan yanvarın 26-da İran İslam Respublikasının “Aras” azad ticarət zonasının icra edici direktoru, Direktorlar şurasının başçısı Mohsen Arab Bağın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Görüşdə Ermənistanda İİR-nın fövqalədə və səlahiyyətli səfiri Seyed Kazım Sacadi, İran İslam Respubləkasının Milli Məclisinin millət vəkilləri Mohammad Hasan Nejad və soyca erməni Karen Xanlaryan da iştirak ediblər.
Bu haqda ER Ərazi idarəetmə və inkişaf nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətinin üzvlərini salamlayaraq nazir Lokyan qeyd etdi ki, Ermənistan-İİR əlaqələrinin möhkəmləndirilməsi və inkişafının yeni imkanları çox əhəmiyyətlidir.
Bu kontekstdə, nazir Syunik vilayətində azad ticarət zonasının yaradılması ilə bağlı ER Hökumətinin təşəbbüsünü vurğuladı.
Nazirin bildirdiyinə görə, belə ticarət zonasının yaradılması iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı üçün ciddi bir təkan olacaq.
“ Ölkəmizdə azad ticarət zonalarımız var, lakin İran təcrübəsi bizim üçün məqbul ola bilər. Biz İranı ƏDV və gömrük rüsumlarında azad edərək, Avrasiya İqtisadi Birliyinin ölkələrinə ixrac etmək üçün imkan veririk”- deyə Davit Lokyan qeyd etdi.
İran səfiri Sacadi nazirə görüş imkanı və səmimi qəbulu üçün təşəkkür edərək, qeyd etdi ki, iki ölkənin sərhəd rayonlarının iqtisadi inkişafı üçün azad ticarət zonasının yaradılması mühüm amildir.
Sənaye, heyvandarlıq, kənd təsərrüfatı,turizm- “Aras” azad ticarət zonasının icra edici direktoru Mohsen Arab Bağ bu istiqamətlərdə əməkdaşlıq üçün təkliflər təqdim etdi.
Davit Lokyan öz növbəsində iki ölkənin azad ticarət zonaları arasında tam model yaradılması ideyasına toxundu və bu məsələdə Ermənistan-İran çoxəsrlik dostluq əlaqələrini vurğuladı.
Görüş sonunda tərəflər əməkdaşlığın gücləndirilməsini bir daha təsdiq ediblər.