Nardaran məhbuslarının dərhal azad olunması tələb olunur

”Bakı beynəlxalq öhdəlikləri pozub”
“Bakı azadlıqdan məhrum olunanların işgəncələrə məruz qalması barədə iddialarını qulaqardına vurub və araşdırmayıb, bununla da beynəlxalq öhdəliklərini pozub”.
HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktor əvəzi Jane Buchanan bildirib.
“Cinayət işinə xitam verilsin”
“Human Right Watch” (HRW) beynəlxalq insan haqları təşkilatı Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar qərarı ilə bağlı bəyanat yayıb.
HRW hakimiyyətindən tanınmış din xadimi və aparıcı siyasi müxalifət fəalı da daxil, 18 nəfərin barəsində cinayət işlərinə xitam verilməsini və onların dərhal azadlığa buraxılmasını tələb edir.
“Qəsəbədə aydın olmayan reyd mübahisəli səbəblərə görə zorakılıqla nəticələnib, iki polis nəfəri və 7 mülki şəxs atışmada həlak olub.
Həmin şəxslərin vəkilləri bildiriblər ki, onlar Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində rəsmilər tərəfindən döyülmüş, hədələnmim və elektroşoka məruz qalmışlar. Onları polis idarəsinə gətirən kimi başlarına torba keçirmiş, qollarını bağlamış, onları cinsiyyət orqanları da daxil bədənlərinin müxtəlif yerlərini vurmaqla dəyənəklərlə döymüşlər. Bəzi məhkumların dediyinə görə, onları arvadlarının və bacılarının zorlanacağı ilə hədələyiblər.”,-deyə HRW-nin açıqlamasında qeyd olunub.
“Hakimiyyət işgəncə faktını araşdırmayıb”
Eyni zamanda HRW Taleh Bağırzadə onlardan Azərbaycan Xalq Cəbhəsi Partiyasının liderinə və başqa müxalifət liderlərinə qarşı ifadələr almağa cəhd göstərildiyini barədə məhkəmədə dediklərini xatırladıb:
“Çox güman bunu AXCP-nin Nardaran hadisələri ilə əlaqələndirilməsi üçün edirmişlər”.
Təşkilat vəkillərə istinad edərək bildirib ki, məhbuslar təcridxanada tibb müayinəsindən keçiblər və həkim xəsarətlərin döyülmə nəticəsində yarandığını sənədləşdirib. Amma hakimiyyət bu faktı araşdırmayıb:
HRW Azərbaycanın BMT-nin işgəncələrə qarşı Konvensiyası və Avropa İnsan Haqları Konvensiyası da daxil bir çox müqavilələr imzaladığını və öhdəlikləri xatırladaraq bunlara əməl etməsini vurğulayıb.
“AXCP sədrinin müavini dərhal azad olunsun”
Təşkilat Fuad Qəhrəmanlının hökuməti tənqid etdiyinə görə cəzalandırıldığı, bununla onun ifadə azadlığının göstərərək AXCP sədrinin müavininin dərhal azad olunmasını tələb edib.
“Hakimiyyət son illərdə AXCP fəallarını müxtəlif ittihamlarla həbs və məhkum edib. Təkcə 2016-cı ildə ən azı 20 AXCP fəalı saxlanıb”,-deyə HRW bildirir.
Sonda Taleh Bağırzadənin və Fuad Qəhrəmanlıının əvvəllər də qondarma ittihamlarla məhkum edildiyi xatırlanır.