Rusiyanın 200 milyon dollarlıq kreditilə təhciz olunan silahların bir qismi artıq Ermənistandadır

Rusiyanın 200 milyon dollarlıq krediti çərçivəsində Ermənistan Silahlı Qüvvələrinə verilən silahların bir qismi artıq Ermənistandadır.
Yanvarın 27-də jurnalistlərə müsahibədə bu haqda ER Müdafiə naziri Vigen Sarkisyan bildirib. “Kredit sazişi ilə nəzərdə tutulmuş silahların bir qismi artıq Ermənistan Silahlı Qüvvələrinə təchiz edilib. Təchiz prosesi sazişlə təsdiq edilmiş zamana əsasən keçirilir. Biz sazişlə təsdiq edilmiş zamanında salahların təchiz olunmasını aparacağıq, çünki bu bizim üçün çox önəmlidir”,-deyə nazir qeyd etdi.
Eyni zamanda, Vigen Sargsyan deyib ki, Ermənistan Rusiya ilə bu layihələrin davamı ilə bağlı dialoqunu davam edəcək. O qeyd etdi ki, silah təchizatı üçün RF ilə başqa layihələrlə aparılan işlər və KTMT çərçivəsində edilən əməlkdaşlıq Ermənistan Silahlı Qüvvələrinin tələbləri üçün kifayət deyil, beləliklə də Ermənistan hem RF, hem də digər tərəfdaş ölkələrdən silah təchizatı üçün imkanlar axtaırır.