Siyasət

Vigen Sarkisyan Silahlı qüvvələrdə qabiliyyətli və güclü zabit şəxsi heyətə böyük əhəmiyyət verir

ER Müdaifə naziri Vigen Sarkisyan qabiliyyətli hərbi təhsilə böyük əhəmiyyət verir.

Yanvarın 27-də jurnalistlər ilə müsahibəsində nazir vurğulayıb ki, özlərinin əsas məqsədlərindən biri cari ildə Monte Melkonyan adına hərbi kolleci aparıcı yüksək məktəbə çevirməkdir.

“Düşünürük ki, gələcək zabitlər üçün çox qabiliyyətli və rəqabətli təhsil almaq imkanı təmin edilməlidir”,- deyə Sarqsyan qeyd edib.

Müdafiə nazirliyində əmindirlər ki, güclü, qabiliyyətli və yaxşı təhsilli zabitlər şəxsi heyəti olmadan işlər məhsuldar ola bilməz.

Nazir qeyd edib ki, hərbi-təhsil müəssisələri diqqət mərkəzində olmalıdır.

O xatırladıb ki, Dövlət Gəlirlər Komitəsinin təhsil mərkəzini Monte Melkonyan kollecinə vermək və təhsili orada təşkil etmək üçün ER Prezidenti Serj Sarkisyana müraciət edib.

“Artıq sentyabrdan etibarən bu istiqamətdə təhsili davam edən gənclər üçün rəqabətli və müsbət şəraitlər təmin ediləcək”,-deyərək nazir bəyan edib.

Daha çox göstər
Back to top button