Siyasət

Dunia Miyatoviç Lapşin işi barədə Arman Tatoyanın müraciətinə reaksiya verib

KİV-nin azadlığı məsələləri üzrə ATƏT nümayəndəsi Dunia Miyatoviç Ombusmenə yönəlmiş rəsmi məktubunda bloqer İsrayil və Rusiya vətəndaşı Aleksandr Lapşin  işi barədə mövqeyini təqdim edib.

Ombudsmen administrasiyasının məlümatına görə, D. Miyatoviç bildirib ki, rusyalı bloqer və jurnalist Aleksandr Lapşinin işini onun həbs edilməsi günündən, 2016-cı ilin dekabırn 15-dən etibarən izləyir.

Dunia Miyatoviçin sözlərinə görə, özü yaxşı bilir ki, Belarus hakimiyyəti Lapşini ekstradisiya etsə, o Azərbaycanda ağır cəzalara məruz qalacaq.

Buna görə Miyatoviç  dəfələrcə ATƏT-da Belarusun daimi nümayəndəliyinə müraciət edib, həmçinin Belarus Respublikasının xarici işlər nazirinə məktub yazaraq, narahatlığını bildirib ki, Lapşin ekstradisia edilsə, jurnalist olaraq öz fəaliyyəti və  DQ münaqişəsi çərçivəsində insan hüquqları üzrə əsas məsələləri barədə öz mövqelərini bildirmək üçün ədalətsiz davranışa məruz qalacaq.

Dunia Miyatoviç həmçinin əmin edib ki, gələcək prosesləri də diqqətlə izləyəcək.

Daha çox göstər
Back to top button