Beynəlxalq

Avstraliyalı erməni tələbələr Belarusun Kanberradakı səfirliyi qarşısında səssiz etiraz aksiyası keçiriblər

Avstraliyadakı Erməni gənclik Federasiyası və Erməni tələbələr Assosiasiyasının üzvləri  Belarusun Kanberradakı səfirliyi qarşısında səssiz etiraz aksiyası keçiriblər.

Bu haqda Avstraliyadakı Erməni Milli Komitəsinin rəsmi saytı məlumat verib. Məlumata görə, etiraz aksiyası Belarus hakimiyyətləri tərəfindən Rusiya və İsrail vətəndaşı olan bloqqer Aleksandr Lapşini Bakıya ekstradisiya etmə qərara qarşı idi.

Etiraz aksiyasına təxminən 20 avstraliyalı erməni iştirak edib. Aksiya iştirakçıları “Demokratiya diktaturadan yüksəkdir”, “İfadə azadlıqı”, “Lukaşenko, Azərbaycan üçün çirkli iş etmə”  şüarları səsləndirlib.

Məlumata görə, Avstraliyadakı Erməni Milli Komitəsi daha əvvəl də Avstraliya hakimiyyətini və bir neçə müxtəlif beynəlxalq təşkilatları Azərbaycan tərəfindən Lapşinə qarşı edilən təzyiqləri pisləməyə çağırmışdı.

Xatırlataq ki, İsrail və Rusiya vətəndaşı olan Aleksandr Lapşin dekabrın 15-də Minskdə saxlanılmışdı. Azərbaycan isə, onu Dağlıq Qarabağa getdiyi üçün “qara siyahısı”na daxil etib və ekstradisiya olunmasını tələb edirdi.

Daha çox göstər
Back to top button