İctimaiyyət

Belarusun ABŞ-dakı diplomatik nümayəndəlikləri qarşısında Lapşin üçün etiraz aksiyaları keçirilib

Amerikadakı Erməni Milli Komitəsi Vaşinqtonda və Nyu-Yorkda Belarusun diplomatik nümayəndəlikləri qarşısında RF və israil vətəndaşı olan bloqqer Aleksandr lapşini dərhal və şərtsiz azad etmə tələbləri ilə etiraz aksiyaları keçiriblər. “Armenpress”-in verdiyi məlumata görə, aksiya iştirakçıları Azərbaycan tərəfindən KİV-lərə və jurnalistlərə qarşı davam edilən zorakılıqları xatırlataraq Lapşinin də bu siyasətin son qurbanı olduğunu vurğulayıblar.

“Biz azad və müstəqil Artsax Respublikasını ziyarət edən jurnalistləri və şəsxsləri susdurmaq və ya qorxutmaq üçün hər hansı bir cəhdi şiddətlə qınayırıq. Azərbaycan və Belarus Avropanın son diktatorluqlarıdırlar və bizim üçün insan hüquqularının müdafiəsindən danışmaq və ya azad və demokrat Artsax Respublikasına dəstək vermək üçün jurnalistlərin susdurulması tamamilə qəbulədilməzdir. Biz Amerika Birləşmiş Ştatlarının hökumətini bu məsələ ilə bağlı sərt mövqeni qəbul etməyə çağırırıq”,-deyə ABŞ-dakı Erməni Milli Komitəsinin şərq bölməsinin sədri Stiv Mesropyan bildirib.

Daha çox göstər
Back to top button