Beynəlxalq

Oşima:”Yaponiya üçün Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə nizamlana bilər”

ER Parlament sədrinin Yaponiyaya rəsmi səfəriylə iki ölkənin əlaqələri dərinləşdiriləcək.Bu diplomatik  münasibətlərin inkişafı üçün xüsusi rol oynayacaq.

Bu haqda Yaponiyada rəsmi səfərdə olan ER Parlament sədri Galust Sahakyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş zamanı Yaponiyanın Milli Dietinin Nümayəndələr Palatasının sədri  Tadamori Oşima bildirdi.

“Ermənistanın xarici siyasəti gündəmində Yaponiya ilə əlaqələrin inkişafı  mühüm bir yüksəklikdədir. Çox maraqlıdır ki, Yaponiyaya Ermənistan Parlamentinin nümayəndə heyətinin  rəsmi səfəri iki ölkənin diplomatik münasibətlər  qurulmasının 25-ci  ildönümündə oldu”- deyə Parlament sədri qeyd etdi.

ER Parlamentin informasiya və ictimaiyyətlə əlaqədər şöbəsinin bildirdiyinə görə, tərəflər DQ münaqişəsinə və Erməni Soyqırımı  məsələlərinə də toxunublar.
Onlar qeyd edib ki, məsələlər sülh yolu ilə nizamlanmalıdır, soyqırımının qarşısını almaq üçün törədilmiş  soyqırımlar məhkum olunmalıdır.

Aprel müharibəsində həlak olan hərbiçilər üçün başsağlığını diləyərək, Yaponiyanın Nümayəndələr Palatasının sözcüsü qeyd etdi ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə nizamlanmalıdır. Yaponiya ATƏT Minsk qrupunun  fəaliyyətlərinə öz dəstəyini davam etdirir.

Daha çox göstər
Back to top button