Qırxdan artıq beynəlxalq təşkilat günəş stansiyasının qurulması rəqabətində iştirak etməyə hazırdır

Yanvarın 25-dən 27-ə kimi Yerevanda keçirilmiş “Enerji həftəsi 2017” çərçivəsində təşkil edilmiş investisiya zirvəsi göstərib ki, xarici investorlar Ermənistanda günəş stansiyalarının qurulması planının icra edilməsi ilə çox maraqlanır.
Bu haqda Enerji İnfrastrukturları və Təbii Ehtiyatlar Nazirliyinin informasiya və ictimaiyyət ilə əlaqələr şöbəsindən məlümat verilib.
Ermənistan bərpa olunuan enerji və enerji səmərəliliyi fondunun müdiri Tamara Babayanın sözlərinə görə, zirvədə iştirak etmiş demək olar ki, bütün beynəlxalq təşkilatlar Geğarkunik rayonunda nəzərdə tutulan günəş stansiyasının qurulması üçün keçirilən rəqabətdə iştirak etməyə hazırlığını bildiriblər.
Məlümata görə, zirvədə “Masrik -1 günəş stansiyasının” quruluşu planı təsdiq edilib. Rəqabətin əsas şərtlərindən biri tarifdir.
“Enerji həftəsi 2017” təşəbbüsü çərçivəsində nəzərdə tutulmuş bütün tədbirlərdə qırxdan artıq beynəlxalq təşkilat iştirak edib. İştirakçıların ümumi sayı təxminan 400 olub.