
Ermənistan Respublikası Müdafiə naziri Vigen Sargsyan İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri Hüseyn Dehqanın dəvəti ilə bu gün rəsmi səfəri ilə İrana gedəcək. Bu haqda İİR Müdafiə Nazirliyinin rəsmi saytı məlumat verib.
İran Müdafiə Nazirliyinin İnformasiya və Təbliğat şöbəsinin verdiyi məlumata görə, Müdafiə naziri Vigen Sargsyan Tehranda hemkarından başqa, İranın siyasi və təhlükəsizlik məsələləri üzrə yüksək səviyyəli rəsmiləri ilə də görüşəcək. Görüşlərdə ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.