Siyasət

Vigen Sargsyan və RF Müdafiə nazirinin birinci müavini ikitərəfli əməkdaşlığa dair məsələləri müzakirə ediblər

ER Müdafiə naziri Vigen Sargsyan ER Silahlı Qüvvələrinin 25-ci ildönümünə həsr edilmiş təntənəli tədbirlərdə iştirak etmək üçün Ermənistan Respublikasına gəlmiş RF Müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovla görüşüb.

Görüşdə erməni tərəfindən ER Müdafiə nazirinin birinci müavini Davit Tonoyan, rus tərəfindən isə, RF-nın ER-dakı fövqəladə və səlahiyyətli səfiri İvan Volinki, RF Cənub Hərbi Okruqunun komandir müavini, general-leytenant Aleksandr Romançuk istirak ediblər.

ER Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüş zamanı Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığının gündəm məsələləri, o cümlədən hərbi və hərbi-texniki məsələləri müzakirə edilib.

RF Müdafiə nazirinin birinci müavini bildirib ki, Gyumridəki RF 102-ci hərbi bazasına getdiyində oradakı şəraitləri ilə də tanış olub.

ER Müdafiə Naziri qeyd etdi ki, Ermənistan-Rusiya əməkdaşlığı və ER-da yerləşdirilmiş 102-ci rus hərbi bazası regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi üçün çox əhəmiyyətlidir.

Vigen Sargsyan erməni tərəfinin Suriyada göstərilən humanitar yardım missiyasını davam etmə hazırlığını da qeyd etdi.

Daha çox göstər
Back to top button