Avropa, Ərəb ölkələri, Avstraliya. Artsaxda investorların çoğrafiyası genişləndirilir

Diasporadakı erməni iş adamları Artsaxda investisiya qoymaqda maraqlıdır. «Artsakh Roots Investments» (ARI) investisiya şirkəti səylərini genişləndirir. «Artsakh Roots Investments» (ARI) şirkətinin Direktorlar İdarə heyətinin üzvü Beniamin Pçakcheyan qeyd etdi ki, Artsaxda invetstorların sayı artır.
“ Artsax Respublikasının Hökuməti ilə əməkdalığı çərçivəsində Yeni Şahumyan və Kaşatax rayonlarında əkinşilik və heyvandarlığın inkişafı məqsədiylə əlverişli kənd kreditləri verilir. Bu proqramda Ərəb ölkələri, Küveyt, Livan, Avropadən investisiya edilib. İndi Avstraliya və ABŞ-dan da maraqlananlar var”- deyə Beniamin Pçakcheyan qeyd etdi.
O, bildirdi ki, tezliklə müxtəlif Erməni icmaları bura ziyarət edərək, Artsax investisiya layihələrini təqdim edəcəklər. Artsax Respublikasının inkişafı üçün investisiya layihələrində yeni iş adamların iştirak etməsi gözlənilir.
2010-2016-ci illərdə şirkətin verdiyi əlverişli kreditlərdən mindən artıq ailə faydalandı. Beniamin Pçakcheyan qeyd etdi ki, 2016-ci ildə Aprel müharibəsi səbəbiylə proses az yavaşladı, lakin ilin ikinci yarısında bəzi aktivlik gözə çarpdı. 2010-2016-ci illərdə Artsaxın Yeni Şahumyan və Kaşatax rayonlarında 3.5 miliyondan artıq investisiya qoyulub.
“ Arsaxda təmsilçimiz var. O, Artsaxda ardıcıl monitorinq edir. O, kreditlər məqsədinə xitmət edir. Bu ilin mart ayında Lebanonda ümumi görüşü təşkil etməyi planlaşdırırıq. Artsaxın baş nazirini da dəvət edəcəyik”- deyə Beniamin Pçakcheyan qeyd etdi.
Proqramların yalnız kənd təsərrüfatıyla məhdudlaşdırılması barədə sualını cavablandıraraq, Beniamin Pçakcheyan qeyd etdi ki, Artsaxda kiçik fabriklərin yaradılmasıyla bağlı proqramlar var, lakin layihə ciddi araşdırılmalıdır.
Şirkət yalnız biznes investisiya layihələri ilə məhdud edilmir.Şirkət mənzil proqramları da həyata keçirir. 2016-ci ildə mənzil proqramın çərçivəsində 25 mənzil verilmişdir.
Mənzillər evlərini itirmiş və Artsaxda yaşayan şəxslərə, eləcə də hərbçilərə verilir. Layihə yalnız təşkilatın vasitələri ilə həyata keçirilir, əlbəttə Artsax Hökuməti infrastrukturun yaradılmasını dəstəkləyir.
Mənzil proqramları davamlı olacaq.