Ekonomika

Çörəyin qiyməti artırıla bilər

Bir neçə həftədir ki, Azərbaycanda elektrik enerjisinin və mavi yanacağın qiyməti artırılıb.

Çörək və çörək məmulatları bişirən sexlərin əksəriyyəti elektrik enerjisi və mavi yanacaqla işləyir. Belə olan halda çörəyin qiymətinin artırılmasına zərurət varmı? Hazırda insanları düşünüdürən əsas suallardan biri çörəyin qiymətinin qalxıb qalxmayacağı ilə bağlıdır.

Məlumat üçün bilidirək ki, keçən il- 2016- cı ilin ortalarında çörəyin qiyməti 25% artırılaraq orta hesabla 40 qəpikdən 50 qəpiyə qaldırılıb.

Ekspertlər hesab edir ki, çörək indiki halda 3 variantda – buğdanın, unun və ya enerji daşıyıcılarının qiyməti artacağı halda bahalaşa bilər.

Daha çox göstər
Back to top button