ER xarici işlər naziri: “Vaxdır ki, beynəlxalq cəmiyyət Azərbaycanı lazmınca yerinə oturtsun “

Vaxtdır ki, beynəlxalq cəmiyyət və əvvəlcə həmsədrlik edən ölkələr öz çağırışlarını, tələblərini gözardıya vuran Azərbaycanı lazmınca yerinə oturtsun.
Bu haqda yekun mətbuat konfransında ER Xarici işlər naziri Edvard Nalbandyan dekabrın 29-da Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycanın diversiya cəhdinin məqsədi barədə suala cavab verərək deyib.
“Çoxları sual verirlər ki, niyə diversiyaya cəhd ediblər, buna əmri Azərbaycan hakimiyyəti verib, yoxsa təxribatçılar tərəfindən cəhd edilib.
Bütün variantlar da həqiqəti əks etmir”,-deyərək Nalbandyan qeyd edib.
O, bəyan edib ki, diversiya cəhdinin əmri əlbəttə Azərbaycan hakimiyyəti tərəfindən verilib.
Məncə hər kəs əmindir ki, Azərbaycan bu cür əmr verə bilir, çünki məhz Bakı gərginliyin azaldılması və atəşkəs rejiminin icra edilməsindən imtina edir.
Fərz edək ki, bu dəfə Azərbaycan hakimiyyəti yox, yerdəki komandirlər əmr verib, belə olan halda bu o deməkdir ki, Azərbaycan ordusunda xaosdur.
Bəzi komandirlərin öz rəhbərliyinə inamı yoxdur, bu isə vəziyyəti gərginləşdirə bilər, eyni zamanda bütün bunlar mənfi inkişaflara aparacaq”,- deyə Xarici işlər naziri vurğulayıb.