Təhlil

Ermənistanla bir neçə birgə layihələrimiz var: ABŞ Kanzas ştatının Milli Qvardiyasının komandanı

ABŞ Kanzas ştatının Milli Qvardiyasının komandanı, general-mayor Li Tafanelinin sözlərinə görə, Amerikada Ermənistanla hərbi əməkdaşlığından məmnundurlar. “Mən Kanzas ştatı haqda danışa bilirəm, çünki biz, Amerikanın Ermənistanla əməkdaş ştatı olaraq, Ermənistan-Amerika (hərbi) əməkdaşlığından məmnunuq”. Bu haqda “AzadlıqRadiyosu”-na müsahibədə ABŞ Kanzas ştatının Milli Qvardiyasının komandanı, general-mayor Li Tafaneli bildirib.

O qeyd etdi ki, il ərzində təxminən 15 layihə həyata keçiriləcək. “Bu, ştatımız üçün ermənistanlı həmkarlarla əməkdaşlığa  böyük bir fürsətdir. Hem də bu, Ermənistan tərəfinə nümayəndələrini Amerikaya təlimlərə göndərmək üçün imkan verəcək. Bir neçə birgə layihələrimiz var və indi bu layihələrin keyfiyyətini yaxşılaşdırmağa çalışırıq, çünki zamanla əməkdaşlığımız daha da genişləndiriləcək”,-deyə Li Tafaneli bəyan edib.

2016-cı il aprel ayındakı müharibədən sonra erməni tərəfinin ABŞ ilə yeni hərbi-texniki əməkdaşlığa başlayıb başlamamasına, ikitərəfli hərbi əlaqələrin daha da genişləndirmə təşəbbüsü olub olmadığına dair suallarına Tafaneli cavab verib ki, “Ermənistanla əməkdaşlığımız bu illərdə sabit olmuşdu. Həç bir dəyişiklik olmayıb. İki tərəf də təhlükəsizlik sahəsində əməkdaşlığımızı davam etməyə sadiqdir”.

Daha çox göstər
Back to top button