BaşlıcaBeynəlxalq

General Tapanel: “Trampın günlərində erməni-amerikan hərbi əməkdaşlığı dərinləşməkdə davam olunacaq”

Hərbi sahədə erməni-amerikan münasibətləri dərinləşməkdə davam olunur. Prezident Trampın günlərində Amerika tərəfi öz məsuliyyətindən geri durmaq fikrində deyil.
Bu haqda “Azadutyun”a ABŞ Qandzas ştatının Milli qvardiya komandanı, general-mayor Li Tapaneli bəyan edib.

Ermənistan-ABŞ əməkdaşlığını Amerika tərəfindən Qandzasın Milli qvardiyasının komandanlığı sistemləşdirir.”Qeyd etmək istərdim ki, təhlükəsizlik sahəsində bizim əməkdaşlığımız daha sıxdır nəinki əvvəllərdə olub.

Biz oxşar əməkdaşlıq üçün olduqca şadıq.Yəni Ermənistan Respublikası ilə 2003-cü ildən olan sıx əməkdaşlığımız, qarşılıqlı işgüzarlığımız üçün. Buna bənzər əməkdaşlıqlar yalnız qarşılıqlı işgüzarlığın dirçəlişidir”-deyərək general Tapaneli bəyan edib.

Sonuncunun başçılıq etdiyi Amerikanın hərbi təmsilçiləri Ermənistan Silahlı qüvbvələrinin 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Yerevanda idilər.

Nazir Viqen Sarkisyan bu gün qeyd etdi ki, ikitərəfli qarşılıqlı işgüzarlığı müzakirə etməyə geniş imkanımız var.

Nazir bizim əməkdaşlığımızın bəzi amillərinə geri dönmək üçün istək bildirdi.Xüsusiylə artıq uzun illərdir ki,hərbi tibb qabiliyyətlərinin inkişafı ön tərkiblərdən biridir.

Biz həmçinin hərbi tibb həkimlərinin hazırlığı istiqamətində çalışırıq.

Eləcə də bir sıra digər istiqamətlərlə işləyirik ki, onlar da Ermənistan Respublikası və ABŞ Qandzas ştatı üçün olduqca mənfəətlidir”-deyərək “Azadutyun” ilə söhbətində amerikalı general bəyan etdi.

Daha çox göstər
Back to top button