Təhlil
Həmsədr: “Dekabrın sonunda baş vermiş toqquşma Qarabağ danışıqlarının vacibliyini bir daha göstərir”

“Dekabrın sonunda baş vermiş toqquşma və faciəvi insan itkiləri bir daha Qarabağ danışıqlarının vacibliyini göstərir”.
Bunu “News.am” saytına açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland deyib.
“Biz tərəfləri atəşkəs rejiminə riayət etməyə, habelə Ermənistan-Azərbaycan sərhədi və qoşunların təmas xəttində gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırırıq”, – deyə o vurğulayıb.
Hoqland qeyd edib ki, münaqişənin nizamlanması istiqamətində aparılan işin davam etdirilməsi regiona davamlı sülh gətirə bilər.