Ekonomika

Artsaxda elektrik enerjisinin istehsalı 33% ilə artıb

DQR Hökumətinin kiçik su elektrik stansiyalarının tikilmə layihəsi 2016-cı ildə davam edilib və artıq cari il yanvar ayında Respublikasında 14 su elektrik stansiyası vardır. Bu haqda yanvarın 31-də keçirilmiş mətbuat konfransında DQR İqtisadiyyat naziri Andranik Xaçatryan bəyan edib.

“DQR-da 2016-cı ildə 296 milyon kvt/saat elektrik enerjisi istehsal olunub və bu, 2015-ci ildən 33% ilə artıqdır. Beləliklə, ölkədə 299 milyon kvt/saat elektrik enerjisinin yalnız 2.6 milyon kvt/saatı “Ermənistan elektrik şəbəkələri” şirkətindən alınmışdı. 99%-i öz istehsalı ilə təmin edilmişdi. 2015-ci ildə bu göstərici 76% təşkil etmişdi”,-deyə A.Xaçatryan bildirib.

DQR İqtisadiyyat nazirinin deməsinə görə, ölkənin enerji təhlükəsizliyini gücləndirmək üçün strateji baxımdan mühüm olan Sotk-Haterk 82 km uzunluqla yüksək gərginlikli hava xəttinin tikintisi çox əhəmiyyətlidir. Yaxın zamanlarda bu xətt istismara veriləcək.

“Yüksək gərginlikli elektrik şəbəkəsinin yaradılması elektrik enerjisinin itirilməsini azaldılmasına gətirəcək”,-deyə Xaçatryan qeyd etdi.

Daha çox göstər
Back to top button