Beynəlxalq

Yerevan-Brüssel yeni çərçivə sazişi Aİ və Aİİ-nın hər hansı üzv ölkəsi arasında ən mütərəqqi olacaq

Yerevan-Brüssel yeni çərçivə sazişi  şübhəsiz, Aİ və Aİİ-nın hər hansı üzv ölkəsi  arasında ən mütərəqqi olacaq. Bu haqda NEWS.am-a müsahibəsində Ermənistanda Aİ nümayəndə heyətinin rəhbəri,səfir Pyotr Svitalski bildirmişdir. Onun sözlərinə görə, yeni çərçivə sazişi ilə bağlı Ermənistan-Aİ danışıqları son mərhələyə girdi.

“Sazişin siyasi bölməsi 2013-ci ildə Assosiasiya Sazişinin mahiyyətini qoruyacaq. Bildirdiyimiz kimi, xarici siyasət, təhlükəsizlik və müdafiə məsələlərində əməkdaşlığı dərinləşdirəcək və ən əsası münasibətlərin əsası olan ümumi dəyərləri gücləndirəcək.

Hesab edirəm ki,bu çərçivə sazişində iqtisadi və ticarətlə bağlı yeni elementlər olacaq. Düşünürəm ki, xarici investorların Ermənistanda yeni bizneslər açılmasına bu saziş yol açacaq.

Bu çərçivə sazişi Ermənistan- Avropa İttifaqı arasında yaxşı münasibətlərin olduğu barədə zəmanətlər verir. Ona görə də Ermənistanda biznes açılması imkanları mümkün   hesab edilməlidir”- deyə Svitalski qeyd etdi.

Daha çox göstər
Back to top button