Siyasət

Həmsədrlər Ermənistanın və Azərbaycanın Xarici işlər nazirləri ilə ayrı şəkildə müşavirələr keçirəcək

ATƏT Minsk qrupunun həmsədrləri Myunxendəki təhlükəsizlik zirvəsi  çərçivəsində  fevralda Qarabağ münaqişəsinin həll edilməsi məsələsi üzrə Ermənistanın və Azərbaycanın Xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır.

Bu haqda Minsk qrupunun rus həmsədri İgor Popov bəyan edib.

“ATƏT Minsk qrupunun həmsədrləri fevralın ortasında Myunxendəki təhlükəsizlik zirvəsi çərçivəsində Ermənistanın və Azərbaycanın Xarici işlər nazirləri ilə ayrı şəkildə müşavirələr keçirmək üzrə razılıq əldə edib.

Nazirlər bu görüşlə maraqlansa biz bunu təşkil edəcəyik”,- deyərək  İ. Popov qeyd edib.

Daha çox göstər
Back to top button