Beynəlxalq

Lapşinin Azərbaycana ekstradisiyası qəbuledilməzdir: RF Ombudsmanı

RF İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova Rusiya vətəndaşı, jurnalist Aleksandr Lapşinin Rusiya və Belarus müttəfiq dövlətin ərazisindən Azərbaycan Respublikasına ekstradisiyasını yolverilməz adlandırıb.

Ombudsmanın bəyanatı öz rəsmi saytında dərc olunub.

“Bu, Rusiya Konstitusiyasının 1-ci hissəsinin 61-ci maddəsində birbaşa qeyd olunub: Rusiya Federasiyasının vətəndaşı ölkə hüdudlarından kənara çıxarıla və ya digər ölkəyə təhvil verilə bilməz”, – deyə  Moskalkova əlavə edib.

Xatırlataq ki, Belarusun Baş prokuroru Rusiya və İsrail vətəndaşı, bloqqer Aleksandr Lapşini Azərbaycana ekstradisiya etmə qərarı verib.

Lapşin illər əvvəl iki dəfə Dağlıq Qarabağa getmişdi və Qarabağı mütəqil dövlət kimi tanıdı. Sonra isə, İlham Əliyevi qınadı və rəsmi Bakı Lapşinə qarşı beynəlxalq axtarış elan etdi.

Daha çox göstər
Back to top button