Təhlil

ABŞ Ermənistanla ticarət əlaqələrini genişləndirmək üçün aparılan işləri davam etməyə hazırdır

Ermənistan və ABŞ biznes-ticarət əlaqələrinin derinləşdirilməsində xeyli irəliləyiş qeyd olunub və bunun nəticələrini görə bilirik. Bunu ABŞ-nın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Mils Ermənistan-Amerika ticarət palatasının üzvləri üçün öz çıxışında qeyd etdi. “Ən böyük irəliləyişi bu sahədə gördük və ümid edirik ki, səpdiyimiz toxumlar yaxın zamanda meyvə verəcəklər.”,-deyə sifir bildirib.

Riçard Mils ilk öncə kənd təsərrüfatının inkişafı üçün atılan addımları təqdim etdi. Son iki ildə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin qiymətləndirməsinə görə, bu sahədə iqtisadi və iş yerlərinin yaradılması üçün ehemiyyətli potensial vardır. USAID kənd təsərrüfatı və baytarlıq xidmətləri üçün 6 yeni mərkəzinin yaradılmasına dəstək verib. Bu mərkəzlərdə yerli fermerlər hayvandarlıq və fermalar iqtisadiyyatının inkişafı haqda yaxşı təcrübə alacaqlar.

Səfirlik biznes, elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində bir neçə yeni təşəbbüslərə başladı. “Məsələn, keçən il ABŞ Beynəlxalq İnkişaf Agentliyi bəyan edib ki, Yerevan Dövlət  Universiteti, Ermənistan Hökuməti ilə yenilikçi çözümler və texnologiyalar mərkəzi yaratmaq üçün “İBM” şirkəti ilə əməkdaşlıq edir. Bu mərkəzdə İT sektorunun inkişafı məqsədilə işlər aparılacaq”.

O, iqtisadiyyatın əsas istiqaməti çərçivəsində Ermənistan-Amerika arasında əlaqələrin genişləndirməsinə əhəmiyyət verib və qeyd edib ki, son illərdə biu sahədə böyük irəliləyiş var. Riçard Mils vurğulayıb ki, ABŞ hökuməti ER Hökuməti ilə işləri davam etməyə və Ermənistan-Amerika ticarət əlaqələrini genişləndirməyə hazırdır.

Daha çox göstər
Back to top button