ABŞ səfiri insan hüquqları və vətəndaş cəmiyyətinin gücləndirilmə məsələsində Ermənistanın uğurlarını təqdim etdi
ABŞ Ermənistandakı səfiri Riçard Mils demokratik institutların, insan hüquqlarının və vətəndaş cəmiyyətinin gücləndirilmə məsələsində Ermənistanın uğurlarını təqdim edib. Riuçard Mils Ermənistan-Amerika ticarət palatasının üzvləri üçün öz çıxışında qeyd etdi ki, Ermənistan 4 ildir ki, ABŞ Dövlət Departamenti tərəfindən hazırlanmış insan alveri haqda hesabatda 1-ci qrup ölkələrin sayısında yer alır və bu isə, İdarələrarası iş qrupunun sayəsindədir. Bu qrup hökumətlərin və vətəndaş cəmiyyətinin əməkdaşlığını göstərir.
Mils “QHT-lər haqda” yeni qanunu da bir başqa nailiyyət kimi hesab edir. Bu qanunla ölkədə QHT-lər üçün yeni imkanlar yaradılacaq və daha da böyük maliyyə müstəqilliyi və uzunmüddətli sabitliyi təmin ediləcək.
“İnsan hüquqları sahəsində İnsan hüquqları və dürüstlüyü mərkəzinin yaradılması haqda Müdafiə Nazirliyinin təşəbbüsü ümid vericidir və bu təşəbbüsünə ABŞ səfirliyi də dəstək verir. Qeyd edəm ki, son zamanlarda Nazirlik tərəfindən qaynar xəttinin formallaşdırılması valideynlərə öz övladlarına qarşı Silahlı Qüvvələrində göstərilmiş davranışla bağlı məsələləri üçün zəng etmə imkanı verəcək”,-deyə səfir qeyd etdi.