Beynəlxalq

Aleksandr Lapşin işi ilə bağlı apellyasiya şikayəti fevralın 6-da Belarus Ali Məhkəməyə təqdim olunacaq

Aleksandr Lapşin işi ilə bağlı apellyasiya şikayəti fevralın 6-da Belarus Ali Məhkəməyə təqdim olunacaq. Bu haqda Aleksandr Lapşinin vəkili bildirdi.

Onun sözlərinə görə,  şikayəti apellyasiyanın son günündə fevralın 6-da təqdim olunacaq.

“Biz bilmirik ki, şikayət nə zaman baxılacaq”- deyə o qeyd etdi. Belarus  qanunvericiliyinə görə, Ali Məhkəməsində şikayəti üç gün ərzində yoxlanılır.” Lakin şikayətə eyni gün ərzində də baxıla bilər”- deyə Lapşinin vəkili bildirdi.

Maraqlıdır ki, apellyasiyanın yoxlamasında nə Lapşin, nə də onun vəkili iştirak etməyəcəklər. “ Məhkəmə iclasının  nəticələriylə qərarı bizə açıqlayacaqlar”- deyə hüquqşünası vurğuladı.

Xatırladaq ki, Rusiya və İsrail Lapşin işi ilə bağlı ekstadisiya qərarının ləğv edilməsinə çalışırlar. ABŞ   ifadə azadlığıyla bağlı təqibi həmçinin tənqid edir.

Xatırladaq ki, bloqer Aleksandr Lapşin dekabrın 15-də Minskdə saxlanılmışdı. Azərbaycan isə, onu Dağlıq Qarabağa getdiyi üçün “qara siyahisi”nə daxil etib və ekstradisiya olunmasını tələb edir.

Lapşin 2015-ci ildə Ukrayna vətəndaşı pasportuyla Gürcüstan ərazisiyla  Azərbaycana getdi. Ukrayna pasportunda “Oleksandr” yazılır. Bundan sonra Azərbaycan “dövlət sərhəddi haqqında” qanunu pozduğu üçün bloqerə qarşı beynəlxalq axtarış elan edildi.

Daha çox göstər
Back to top button