Siyasət
Müdafiə naziri İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi ilə görüşüb

Ermənistan Müdafiə naziri Vigen Sargsyan və İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Ali Şamxan ikitərəfli və regional məsələləri müzakirə ediblər. Bu haqda “Tansim” xəbər agentliyi məlumat yayıb.
İran mənbəsinin verdiyi məlumata görə, İİR Milli Təhlükəsizlik Ali Şurasının katibi ER Müdafiə naziri ilə görüşdə təhlükəsizlik və müdafiə sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsinə və inkişaf prespektivlərinə əhəmiyyət verərək qeyd etdi ki, İran İslam Rrespublikasının qonşulara qarşı siyasəti mehriban qonşuluq prinsipinə əsaslanır.
ER Müdafiə naziri İranın regiondakı roluna əhəmiyyət verərək qeyd etdi ki, Ermənistan İranla əməkdaşlığını genişləndirməyə və ikitərəfli əlaqələrin səviyyəsini yaxşılaşdırmağa hazırdır.