İctimaiyyət

2017-ci ildə ER Müdafiə Nazriliyindən 91 hərbçi mənzil alacaq

2017-ci il ərzində mənzillərlə təmin etmək planına əsasən ER Müdafiə Nazirliyi hərbçilərə 91 mənzil verəcək.

Bu haqda ER Müdafiə Nazirliyi bəyan edib.

Nazirlikdən, həmçinin, məlümat veriblər ki, son 10 illərdə 2007-ci ildən  2016-ci ilə kimi hərbçilərə təxminən 266 mənzil ayrılıb. Amma 2017-ci ilin yanvarın 10-da olan məlümatlara görə, mənzil almaq üçün 3 min iki yüz iyirmi səkkiz hərbçi qeydiyyatdan keçib.

2017-ci ildən 2018-ci ilə kimi nazirlik hərbçilər üçün tikilmiş 15 çoxmənzilli binanın hərbçilərə verilməsini nəzərdə tutur.

2016-cı ilin dekabrına qədər ER MN İnşaatçılıq və ordunun mənzillərlə təmin edilməsi şöbəsinin rəhbəri Aşot Qriqoryan “Hay Zinvor” (“Erməni hərbçisi”) rəsmi jurnalına müsahibəsində bəyan edib ki, hərbçiləri mənzillərlə təmin etmək üçün 2017-ci ildə ER MN Yerevanda, Gyumridə, Qorisdə, Kapanda, Vaykda, Stepanakertdə, Karvacarda və başqa yaşayış məntəqələrində  10-dan artıq yaşayış binasının tikilməsini nəzərdə tutur.

Vəzifəli bəyan edib ki, bəzi mənzillər 2018-ci ildə hərbçilərə veriləcək,  2017-ci ildə isə Yerevanda tikilmiş 14 mərtəbəli bina, Sanasarda (Kubatli) tikilmiş bina (50 mənzillə) və Hadrutda iki yaşayış binası istismara veriləcək.

Daha çox göstər
Back to top button