AŞPA-da korrupsiya və Sərsəng su anbarı ilə bağlı hesabata dair skandal davam etməkdədir
Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Bosniya və Herseqovinanın deputatı Militsa Markoviç ilə bağlı korrupsiya skandalı davam etməkdədir. Bu dəfə isə, Markoviç məsələsinə Bosniyanın Kix saytı toxunub.
Saytda yazılır ki, AŞPA-dakı sosialist qrupu (Militsa Markoviç də bu qrupun üzvüdür) xahiş etdi ki, AŞPA-da korrupsiya ilə bağlı müstəqil araşdırma aparılsın. Bu qərar Ermənistanın Markovoçi qeyri-obyektiv şəkildə Azərbaycanın xeyrinə hesabat hazırlamaqda günahlandıqdan sonra verilib.
Xatırlataq ki, Militsa Markoviç AŞPA-da Dağlıq Qarabağın Sərsəng su anbarına dair hesabat təqdim etmişdi. Hesabatın adı “Azərbaycan sərhədinə yaxın yaşayan sakinlər qəsdli olaraq sudan məhrum qalıblar”. AŞPA-da bu hesabat 2016-cı il yanvarın 26-da qəbul edilmişdi.
Qeyd edilir ki, AŞPA-da Ermənistan nümayəndə həyeti Markoviçi hesabatı hazırlarkən yalnız Azərbaycan fikirlərinə əsaslanmaqla günahlandırdı, çünki o, Dağlıq Qarabağa bilə gəlməmişdi.
“Ermənilərin fikrincə Militsa Markoviç tərəflərin fikirlərini görməməzlikdən gəlib və bütün bunların arxasında razılaşma vardır. Belə bir razılaşma o zaman da vardı ki, AŞPA keçmiş vitse-prezidenti – italiyalı siyasətçi Luca Volontè Azərbaycan rəsmilərindən 2.4 milyon avro məbləğində rüşvət alaraq Azərbaycanın xeyrinə hesabat təqdim etmişdi.” Mənbəy yazır ki, AŞPA yekdil bəyanatı qəbul edib və AŞPA-da korrupsiya və gizli halların araşdırılması üçün müstəqil orqan yaradılmalıdır.