BaşlıcaEkonomika

ER baş naziri və İran səfiri ticari-iqtisadi qarşılıqlı işgüzarlığın gələcək inkişafı və genişləndirilməsini olduqca mühüm sayıblar

Baş nazir Karen Karapetyan Ermənistan Respublikasında İran İslam Respublikasının fövqalədə və səlahiyyətli səfiri Seyed Kazem Sacadini qəbul edib.

Bu haqda ER hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsindən məlumatlandırılıb. Erməni-iran münasibətlərinə dair bir sıra məsələlər müzakirə olunub.
Ticari-iqtisadi qarşılıqlı işgüzarlığa dair gələcək inkişaflar və genişləndirmə məsələlərinə toxunulub.

Tərəflər inam bildirmişlər ki, bütün bunlara Meğridə azad iqtisadiyyat kəmərinin yaradılması və Ermənistanda “Halal” ərzaq məmulatının idarəsini təsisləndirmə proqramları yardım edəcək.

ER baş naziri və İran səfiri birgə investisiya proqramlarının gedişatına energetika, kənd təsərrüfatı, zəvvarlıq, avia daşıntıları, informasiya texnoloqiyaları və digər sahələrdə əməkdaşlığın gələcək genişləndirilməsinə istiqamətlənmiş bir sıra məsələlərə geri nəzər salmışlar.

Karen Karapetyan və Seyed Kazem Sacadi hərtərfli əlaqələrin inkişafı və dərinləşməsində Ermənistan və İranın maraqlarını bir daha təstiq etmişlər.

Daha çox göstər
Back to top button