Ekonomika

Ermənistan şərabları Moskvada “Prod Expo-2017” sərgisində təqdim ediləcək

Ermənistan üzümçülük və şərabçılıq fondunun dəstəyi ilə fevralın 6-dan 10-dək Moskvada keçirilən “Prod Expo-2017” beynəlxalq sərgisində 12 erməni şərabçılıq şirkəti iştirak edəcəklər və şərabların 50-dən çox növləri təqdim edəcəklər.

Sərgidə iştirak etmənin əsas məqsədi xarici alıcıya Ermənistan şərablarının təqdim edilməsi və satış bazarlarını genişləndirilməsidir.

ER Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Prod Expo-2017” sərgisində istehsalçılar, alıcılar, emal materialları və avadanlıq istehsalçıları iştirak edəcəklər və beləliklə yeni biznes əlaqələr qurmağa, o cümlədən ən son texnologiyaları və qlobal bazarların əsas istiqamətləri ilə tanış olmağa imkan verəcək.

Daha çox göstər
Back to top button