Beynəlxalq

Ermənistan və Yaponiya Xarici İşlər Nazirlikləri arasına siyasi müşavirələr keçirilib

Yaponiya Xarici İşlər Nazirliyində fevralın 3-də Ermənistanın və Yaponiyanın Xarici Işlər Nazirlikləri arasında siyasi müşavirələr keçirilib.

ER XİN-nin Mətbuat, informasiya və ictimaiyyətlə əlaqədər şöbəsinin bildirdiyinə görə, müşavirə Ermənistan tərəfindən ER Xarici işlər nazir  müavini Artak Papikyan, Yaponiya tərəfindən isə  Yaponiyanın XİN-nin Mərkəzi Asiya və Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Toşihira Aikin başçılıqla keçirilmiş.

Tərəflər ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə ediblər. Müşavirə ərzində yüksək səviyyəli qarşılıqlı səfərlərin perspektivləri, iqtisadi əməkdaşlığın aktivləşdirlməsi, beynəlxalq təşkilatlarda əməkdaşlığı  vurğulandı.

Erməni tərəfi ER Parlamentinin investisiyaların təşviqinə yönəmiş addımları və Ermənistanda investisiya qoyuluşunun faydalarını detallı şəkildə təqdim etdi. Yaponiya tərəfi isə öz növbəsində  söz vərdi ki, Ermənistanda investisiya qoyuluşunun  imkanlarını müzakirə edəcək.

Ermənistan tərəfi  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yanaşmalarını təqdim edərək, Yaponiyanın bu məsələ ilə bağlı balanslaşdırılmış mövqəyi üçün məmnuniyyətini dilə gətirdi.

Daha çox göstər
Back to top button