Beynəlxalq
“Exo Moskvi”: “Lapşinin işi Rusiya vətəndaşları üçün dəhşətli hadisə ola bilər”

Bloger Lapşinin işi Rusiya vətəndaşları üçün dəhşətli hadisə ola bilər. Bu haqda “Exo Moskvi” proqramının şərhçisi Yuliya Latinina bildirdi.
O xatırlatdı ki, Lapşinin bütün günahı Dağlıq Qarabağa sonra isə Azərbaycana getdiyindədir.
“Azərbaycan Rusiyanın hesabıyla yaşanan avtoritar dövlətdir. Bu Rusiyanın imicinə dəhşətli zərbədir. Dəhşətli bir hadisə. Ukrayna Krıma gedən bütün ruslara qarşı da beynəlxalq axtarış elan edə bilər”- deyə Latina qeyd etdi.
O, xatırlatdı ki, Lapşin İsrail vətəndaşıdır və o ölkə öz vətəndaşını azad edmək üçün səylər göstərir. Xatırladaq ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov, ABŞ Departamentinin sözçüsü Jon Kibri Lapşinin ekstradisiyasına qarşı oldular.