Təhlil

Nemət Əliyev: “Hökumətin pul-para üçün bahalaşmaya güc verməsi yanlışdır”

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı ekspert Nemət Əliyev ölkənin tükənməkdə olan valyuta ehtiyatlarını artırmaq üçün hökumətin total bahlaşmaya getməsini pisləyib və çıxış yollarından birini göstərib. Onun feysbuk səhifəsində paylaşdığı fikrini təqdim edirik:

Suyun, təbii qazın, elektrik enerjisinin, idxal olunan benzinin qiymətlərinin artmasından sonra çoxları yerli benzinin, dizelin, habelə digər neft məhsullarının qiymətlərinin bahalaşacağını əminliklə proqnozlaşdırırlar. Düz də edirlər.

Çünki hökumətin pul-para əldə etmək üçün hazırkı şəraitdə bahalaşmadan əsas vasitə kimi istifadə etməsinə artıq heç kəsdə şübhə qalmayıb. Amma əvvəlcədən bilmək lazımdır ki, belə bir addım əvvəlki yanlış addımların davamı kimi növbəti böyük bahalaşmaya səbəb olmaqla yerli malların rəqabət qabiliyyətinin zəifləməsinə, valyuta itkilərinin böyüməsinə və beləliklə böhranın daha da dərinləşməsinə aparıb çıxaracaq. Pul-para əldə etmək istərkən hazırkı məhdud imkanlar da itiriləcək və sosial gərginlik daha da artacaq.

Daha çox göstər
Back to top button