Ekonomika

Nemət Əliyev: Rəqəmlər tənəzzülün böyüməkdə olduğunu göstərir

“Rəqəmlər tənəzzülün böyüməkdə olduğunu, böhranın daha da dərinləşdiyini göstərir”.

Bunu iqtisadçı-ekspert Nemət Əliyev facebook səhifəsində yazıb. Ekspert belə davam edir:

2014-cü ildə 38,4 milyard dollar dövriyəsi olan istehlak bazarı 2015-ci ildə 33,3 milyarda, 2016-cı ildə 24,5 milyard düşüb. İkicə ildə Azərbaycanın istehlak bazarı 14 milyard dollar həcmində kiçilıb. 5 milyardlıq azalma 2015-ci ildə, 9 milyardlıq azalma isə 2016-cı ildə baş verib. Yəni, 2016-cı ildə tənəzzül 44%-dən çox böyüyüb.

Adambaşına orta aylıq istehlak səviyyəsi iki il əvvəl 340 dollar olmuşdursa, bu göstərici 2015-ci ildə 291 dollara, 2016-cı ildə 212 dollara düşüb.

Daha çox göstər
Back to top button