Beynəlxalq

Oqtay Gülalıyev izləndiyini bildirib

Hüquq müdafiəçisi Oqtay Gülalıyev izləndiyini bildirib. “Hər gün məni və evimi izləyirlər. Ola bilsin ki, onlar məni kənar təzyiq və hücumlardan “qorumaq” istəyirlər”, – o, Facebook səhifəsində rişxəndlə ilə yazıb.

“Sabirabad Rayon Polis İdarəsi mənim həbsimi polis nəzarətilə dəyişdirdikdən sonra mən qanuni əsaslarla müşahidə altında olmuşam. Bu qərar artıq ləğv edilib, ancaq müşahidə gücləndirilib”, – o yazıb.

O həmçinin qeyd edib ki, geri çəkilmək niyyətində deyil və qanunsuz həbs olunanların hüquqlarının müdafiəsini davam etdirəcək.

Daha çox göstər
Back to top button