Azərbaycanla bağlı rüşvət məsələsi araşdırılsın
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) danimarkalı parlamentari Pieter Omtzigt «The Guardian»-a müsahibəsində deyib ki, rüşvət məsələsiylə bağlı tez və detallı tədqiqat aparılmalı və nəticələrin ictimaiyyətə açıqlanması təmin edilməli, həm də bu iş hansısa müstəqil quruma həvalə olunmalıdır.
AŞPA deputatının təklifi 2013-cü ildə Azərbaycanın siyasi məhbuslarına dair məsələsi ilə AŞPA-da keçrimiş səs vermə barəsində olan müzakirələridirlər.
“Azərbaycandakı seçkilər haqda materiallar çox şübhəlidir”,-deyə Omtzigt qeyd edib. Ona görə de, AŞPA nizamnaməsinə uyğun şəkildə tez və detallı tədqiqat aparılmalıdır.
Parlamentərilərin çoxu hesab edir ki, ittihamın müstəqil araşdırılmaması quruma etimadı sarsıda bilər. «Başqalarına açıq və şəffaf olmağı məsləhət görənin özünün seçki saxtakarlıqları haqda ittihamları araşdırmaması ağlabatan şey deyil, etibar doğurmur», – P.Omtzigt belə deyib. Onun irəli sürdüyü qətnamə layihəsini AŞPA parlamentarilərinin 1/5-i imzalayıb (AŞPA-nın 324 üzvü var).