Kanada Xarici işlər naziri: “Erməistan və Kanada arasında güclü ikitərəfli əlaqələri var”

Xarici işlər nazirləri Edvard Nalbandyan və Kristina Friland Ermənistan-Kanada diplomatik münasibətlərinin qurulmasının 25-ci ildonümü ilə bağlı məktub ünvanlayıblar.
Edvard Nalbandyan məktubunda qeyd edir ki, ötən rüb əsrdə qarşılıqı etimad və hörmət əsasında ölkələrimiz arasında güclü əlaqələr quruldu. Dövlətlərarası dinamik münasibətlər xalqlarımız arasında mövcud olan dostluq münasibətləri əsasında inkişaf etdi. ER Xarici işlər naziri qeyd edir ki, iki ölkə arasında güclü tərəfdaşlıq var. Əməkdaşlığımız beynəlxalq təşkilatlarda da qarşılıqıl faydalıdır.
Kristina Frilan da məktubda qeyd edir ki, güclü ikitərəfli əlaqələrə toxunmaq üçün yaxşı bir fürsətdir. İki ölkə arasındakı möhkəm əlaqələr hələ ötən əsrin dördüncü rübü ərzində yaranıb.“ 1992-ci ildə şübhəsiz, xalqlarımız arasında mövcud olan sıx əlaqələrə əsaslanaraq, müasir diplomatik münasibətlərin yaradılması nəzərdə tutulmuşdur”.
Ermənistan və Kanada Xarici işlər nazirləri iki ölkə arasındakı güclü tərəfdaşlığı qeyd edərək, əlaqələrin genişdirilməsi üçün bir-biri ilə sıx əməkdaşlığın davam edilməsini bir daha təqsdiqləyirlər.