Ermənistan atom elektrik stansiyasının modernləşdirilməsi ilə bağlı işləri davam edəcək

Ermənistan atom elektrik stansiyasının ikinci enerji blokunun işlərini bu ildə davam etdirəcək.
Ermənistan Respulikasının İnfrastruktur və Təbii Sərvətlər nazirliyinin Atom Enerjisi şöbəsinin müdiri Artem Petrosyanın sözlərinə görə, 2017-ci ildə enerji blokunun avadanlıqlar, sistemlər və qurğularının modernləşdirilməsi ilə bağlı işləri, radiasiya təhlükəsizliyinin səviyyəsinin artırılmasına yönəlmiş tədbirlərinin həyata keçirilməsi gözlənilir.
İkinci enerji blokunun avadanlıqları və sistəmlərinin modernləşdirilməsi layihəsi aşılandı, eləcə də dəyişilməyən avadanlıqların gələcək istismarı ilə bağlı imkanları müzakirə ediləcək.
Bu haqda, Ermənistan Respunliaksının İnfrastruktur və Təbii Sərvətlər nazirliyinin informasiya və ictimaiyyətlə əlaqədər şobəsindən məlumat verilib.
Artem Petrosyanın bildirdiyinə görə, 2016-ci ildə nəzərdə tutulmuş enerji blokunun istismarı ilə bağlı birinci mərhələsinin işləri uğurla başa çatmışdır.
4500-dən çox avadanlıq, sistemlər və komponentlər araşdırılıb. Bunun nəticəsində də atom elektrik stansiyasının ikinci elenrji blokunun istismarı müddətinin uzadılması ilə bağlı imkanları təsdiq edildi.
Xatırladaq ki, Ermənistan atom elektrik stansiyasının ikinci enerji blokunun istismarı müddətinin üzadılması barədə həyata keçirilmiş yoxlamalar zamanı reaktor obyektinin əməliyyatının 10 illə üzadılmasına mane olan heç bir qüsur tapılmadı.