Siyasət

Belarus Ali Məhkəməsi Lapşinin şikayətini təmin etməyib

Belarus Ali Məhkəməsi Rusiya və İsrail vətəndaşı olan bloqger Aleksandr Lapşının Azərbaycana ekstradisiyası ilə bağlı məsələyə baxıb.

“Armenpress”-in “sputnik.by” saytına istinadən verdiyi xəbərə görə, məhkəmə A. Lapşının şikayətini təmin etməyib. Ali Məhkəmənin yarım saat davam edən iclasına A. Lapşın qatılmayıb. İclasın qərar elan olunan hissəsində onun şikayətinin rədd edildiyi açıqlanıb. Lapşının vəkili Natalya Şekina deyib ki, Lapşinin həyat yoldaşı bu qərardan Minskin daxili işləri üzrə Ali şöbəsinin Vətəndaşlıq və Miqrasiya İdarəsinə şikayət edib ki, əlavə müdafiə təmin edilsin. Bundan başqa, o, BMT-nin İnsan Hüquqları Komitəsinə şikayəti edib və şikayət qəbul edilib.

Xatırlataq ki, Azərbaycan Baş Prokurorluğu A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi qaldırıb və o, beynəlxalq axtarışa verilib.

Daha çox göstər
Back to top button