Siyasət

Belarus Ali Məhkəməsi Aleksandr Lapşinin işi ilə bağlı şikayəti müayinə etdi

Belarus Ali Məhkəməsi fevralın 7-də Aleksandr Lapşinin işi ilə bağlı şikayətləri müayinə etdi.

NEWS.am-ə müsahibədə Lapşinin vəkili deyib ki, hem Lapşinin, hem də vəkillərin şikayəti birgə müayinə edilib.

“Mənə iclasda iştirak və çıxış etmək üçün icazə veriblər”,-deyə vəkil əlavə etdi ki, məhkəmənin fikrincə, çıxışda gizli məlumatlar vardı və detalları dərc edilə bilməz. Vəkil sadəcə qeyd etdi ki, onlar ekstradisiya ilə bağlı qərarı ləğv edərək Aleksandr Lapşini azad buraxmanı xahiş etdilər.

Ali Məhkəmənin qərarı gün ərzində aydın olacaq. Qeyd edək ki, bu, ekstradisiya ilə bağlı qərardan şikayət etmək üçün son məhkəməsidir. Belarus AİHM-ə üzv ölkə deyil.

Rusiya və İsrayel vətəndaşı Aleksandr Lapşin 2016-cı il dekabr ayında Minskda saxlanılmışdı. Azərbaycan isə, onu Dağlıq Qarabağa getdiyi üçün “qara siyahisi”nə daxil etib və ekstradisiya olunmasını tələb edirdi.

Daha çox göstər
Back to top button