BaşlıcaEkonomika

Ermənistan- Tailand arasında ticari-iqtisadi münasibətlərin möhkəmləşdirilməsi istiqamətində Ermənistanda müzakirələr keçirilib

Ermənistan-Tailand arasında ticari-iqtisadi münasibətlərin möhkəmləşdirilməsi və əməkdaşlığın iki tərəfi üçün də məhsuldar və perpektivli bir sıra sahədə inkişaf etdirilməsi istiqamətində müzakirələr keçirilib.

Bu haqda ER-da Tailand Krallığının yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Krianqask Kitiçayseri ölkə başçımız Serj Sarkisyan ilə görüşündə bəyan edib.

Əməkdaşlıq üçün zərgərlik, turizm, kənd təsərrüfatı, əczaçılıq sahələri perpektivli qiymətləndirilib.

Səfir və ER Prezidenti həmçinin beynəlxalq təşkilatları çərçivəsində iki dost ölkələrin əməkdaşlığı haqqında məmnuniyyətlə danışıblar.

Tailandın səfiri qeyd edib ki, öz ölkəsi Avrasiya İqtisadi Birliyi ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələsi ilə maraqlanır və bu istiqamətdə Avrasiya iqtisadi birliyinin üzvü olan Ermənistanın dəstəyini gözləyir.

Daha çox göstər
Back to top button