BaşlıcaBeynəlxalq

Putin və Ruhani Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər

Mart ayının sonunda  İran İslam Respublikasının prezidenti Hasan Ruhaninin Moskvaya səfəri ərzində  Suriya böhranı və  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə ediləcək.

Bu haqda “Ria-Novosti”-yə müsahibəsində   İranda Rusiya  səfiri Levon Cağaryan bildirdi.

“Ruhaninin səfəri mart ayının son günlərində baş tutacaq. Danışıqlar zamanı Rusiya  rəhbərliyiylə siyasi və ticari-iqtisadi sahədə ikitərəfli əlaqələrlə bağlı əsas məsələlər müzakirə ediləcək.

Bundan başqa  regiondakı aktual məsələlər, eləcə də   Əfqanıstandakı vəziyyət, Dağlıq Qarabağ münaqişəsi və Xəzər məsələsi də daxil olunmaqla müzakirə ediləcəkdir”- deyərək səfir qeyd etdi.

Daha çox göstər
Back to top button