Vardan Aramyan: “ Çinlə əməkdaşlığın genişləndirməsi üçün yaxşı şəraitlər var”
Ermənistan yeni global reallıqlara uyğunlaşmağa çalışır. Ermənistanın qlobal iqtisqadiyyata inteqrasiya üçün böyük potensialı var. Bu haqda fevralın 6-da Çin Xalq Respublikasının səfiri Tyan Erlunlə görüş zamanı ER Maliyyə naziri qeyd etdi.
Maliyyə nazirliyinin bildirdiyinə görə, ikitərəfli əməkdaşlığı genişləndirməyə yönəlmiş addımları vurğulayaraq nazir Vardan Aramyan qeyd etdi ki, əsrlər boyunca Ermənistan Avropa və Asiyanı bağlayan İpək yolunun mühüm tranziti olaraq hesab olunub. Ermənistan hal-hazırda yeni qlobal reallıqlara uyğunlaşmağa çalışır və qlobal iqtisaddiyata inteqrasiya üçün böyük imkana malikdir.
Avrasiya İqtisadi Birliyi və MDB bazarlarına girişi, Avropa İttifaqı ilə güzəştli ticarət rejimi, İran və Ərəb dünyası ilə münasibətləri, eləcə də əlverişli investisiya və biznes mühiti nazir Aramyanın sözlərincə, Çinlə iqtisadi əlaqələrin gücləndirilməsi və Avrasiya ölkələriylə əməkdaşlığın genişləndirilməsi üçün olduqca yaxşı zəmindir.
Nazir və səfir iki ölkə arasında hazıkı makroiqtisadi vəziyyəti, layihələri və gələcək əməkdaşlıq ilə bağlı potensialları müzakirə edib.