İdman

Əli Hüseynov: “Bir ildir ki, şikayətim araşdırılmır, hara baxır Baş Prokurorluq?”

Əli Hüseynov ölkə başçısı İlham Əliyevə və Baş prokuror Zakir Qaralova növbəti dəfə müraciət edib. Müraciətin bir surətini də KİV-ə ünvanlayan Əli Hüseynov oğlu ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu xatırladaraq bildirib ki, Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayev onların fəaliyyətinə maneə törədir: “Mən bu barədə Baş Prokurorluğa şikayət etmişəm. Bir ildir ki, materaillarımız Yasamal Rayon Prokurorluğunda araşdırılır. Amma indiyə qədər bir nəticə yoxdur. Nə cinayət işi başlanıb, nə də rədd qərarı verilib.

Belə görünür ki, prokurorluq orqanlarında haqq ədalət yoxdur. Hara baxır Baş Prokurorluq. Bir ildir ki, mənə bir cavab vermirlər. Mən prokurorluqdan, oradakı materialların araşdırılmamasından şikayət edirəm. Bunlar isə müraciətlərimi aidiyyatı olmayan quruma – İqtisadiyyat Nazirliyinə göndərirlər.

Daha çox göstər
Back to top button