Təhlil

Aleksandr Lapşinin ekstradisiyası beynəlxalq hüquq müdafiəçilərinin və KİV-lərinin diqqət mərkəzindədir

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasını ləğv etməyə tələb edir. Bu haqda CPJ saytında yayılmış məlumatda deyilir.

“Belarus hakimiyyətləri Aleksandr Lapşini dərhal azad buraxmalıdırlar. Yazıçılar ifadə azadlığı hüququndan istifadə etmək üçün həbs olunmamalıdırlar”. Bunu fevralın 7-də Avropa və Mərkəzi Asiyadakı jurnalistləri müdafiə komitəsinin koordinatoru Nina Ognyanova bildirib.

Eyni zamanda, İsrailin «IzRus» portalı yazır ki, Bakıda bloqqeri Dövlət Təhlükəsizlik Xidmətinin silahlı əməkdaşları müşayiət etdilər. Qeyd edilir ki, Azərbaycan KİV-lərində yayılmış fotolarda Lapşin qandallı idi və onu müşayiət edənlərdən ikisi avtomatlarla birinin elində isə, xəncər vardı.

Məlumata görə, bəzi insanlar Belarus Ali Məhkəməsinin qərarından sonra bilə ümidlərini itirməmişlərdi. Lapşinin həyat yoldaşı rəsmi olaraq Belarus hakimiyyətlərinə əlavə müdafiə təmin etmə xahişi ilə müraciət etmişdi, lakin Belarus bu müraciəti rədd edib.

İngilis “BBC” xəbər agentliyi yazır ki, bloqqer-səyahətçi siyasi baxışları ilə deyil, istehzalı nəşrləri ilə tanınmışdı, lakin Azərbaycanın “qara siyahısına” daxil edildikdən sonra onun işi siyasiləşdirilmişdi. Azərbaycan hakimiyyətləri Lapşini Azərbaycan ordusunu tənqid edərək DQR müstəqilliyini dəstəkləmək üçün təqib etməyə başladı.Lakin bloqqer “qara siyahısında” olduğuna baxmayaraq, Ukrayina pasportu ilə Azərbaycana getdi.

Qeyd edək ki, bloqqer-səyahətçi Aleksandr Lapşin bütün bunlardan əvvəl öz tənqid məqalələri ilə Azərbaycanda narazılıqlara səbəb olmuşdu.

Daha çox göstər
Back to top button