Davit Babayan:”Azərbaycan öz cəmiyyətini keyləşdirmək üçün anti erməni doza verir”

2017-ci il həm Dağlıq Qarabağ Respublikası, həm də Azərbaycan üçün xüsusi bir ildir. Erməni tərəfi qələbələri qeyd edəcək, Azərbaycan tərəfi üçün də tam tərsi olacaq. Azərbaycan bütün bunları gizləmək üçün sərhəddə gərginlik yaradır.
Bu haqda son günlərdə sərhəddəki gərginliyə toxunaraq DQR Prezidentinin mətbuat katibi Davit Babayan bildirdi.
Əliyevin Brüsselə səfərinin fonunda Azərbaycan niyə gərginlik yaradır suala gəlincə Davit Babayan qeyd etdi ki, bu Azərbaycanın siyasətidir.
“Bizim faşist, terrorist ölkə ilə işimiz var. Belə ölkələr öz siyasətini bu cür aparırlar. Azərbaycan müxtəlif sahələrdə öz vətəndaşlarına qarşı eyni siyasəti yürütür.
Bundan başqa Davit Babayan qeyd etdi ki, 2017-ci il Dağlıq Qarabağ Respubliaksı və Azərbaycan üçün xüsusi ildir. Onun sözlərinə görə, Ermənistan Şuşinin, Berdzorun azad edilməsini qeyd edəcək.
”Azərbaycan üçünsə tam əksinə olacaq, məsələn Xocalı qırğını . Xocalı qırğınını onlar öz xalqına qarşı törədiblər. İndi də Azərbaycan öz cəmiyyətini keyləşdirmək üçün anti erməni doza verir. Bu səbəbdən Azərbaycan daha fəaldır”- deyə o qeyd etdi.