Dünən Azərbaycan tərəfi ATƏT missiyasını Qarabağ və Azərbaycanın təmas xəttində keçirilən müşahidəçilik zamanı öz ön xəttində onları buraxmadıqdan sonra təmas xəttində yenidən təcavüzkar əməliyyatlara əl atmışdır.
DQR MN mətbuat xidmətindən verilən məlumata görə, saat 17:00-dən 18:50 radələrində rəqib öz yaşayış əraziləri yaxınlığında yerləşdirilən atəş nöqtələrindən 85 mm-lik D-44 tipli artilleriyadan MO Şərq istiqamətində yerləşən döyüş mövqelərini hədəfləyərək atəşə tutmuşdur.
Artileriyadan başqa Azərbaycanın silahlı qüvvələri Şərq istiqamətində olduğu kimi eləcə də Şimal (Talış) istiqamətində müxtəlif çaplı silahlardan istifadə edib.
Hazırkı vəziyyətdə qumbara atanlardan və ümumiyyətlə artilleriyadan istifadə edərək 46 ədəd atəş açıb ki, onun 22-si pileymotlardan 24-ü qumbara atanlardan olub.
Rəqibin hücumedici əməliyyatları nəticəsində MO itkiləri olmayıb.
DQR Müdafiə nazirliyi bəyan edib ki, azərbaycan tərəfindən əldə olunan təcavüzkar əməliyyatlar və onların nəticələrinin bütün məsuliyyəti rəsmi Bakının hərbi siyasi rəhbərliyi üzərinə düşür.
Oxşar təxribatçılıqların ardıcıllığı amilində DQR Müdafiə ordusu, Artsaxın dövlət sərhədlərinin təhlükəsizliyini təmin etmək
məqsədiylə özünə icazə verəcəkdir ki, müvafiq olmayan addımlara əl atsın.