Beynəlxalq

Rusiya Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunması haqqında Belarusun qərarından məyus olduğunu bildirib

Rusiya Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunması ilə bağlı Belarus Respublikasının Ali Məhkəməsinin hökmündən məyus olduğunu bildirib.

Bu haqda RF Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilir.

“Rusiya tərəfi Rusiya və Belarus arasındakı müttəfiqlik əlaqələrinin ruhuna uyğun olmayan məlum hökmdən dərindən məyus olduğunu bildirir. Rusiya öz vətəndaşının tezliklə öz ailəsinə qaytarılması məqsədilə onun qanuni maraq və hüquqlarının qorunması üçün bütün tədbirləri görəcək”-  deyə bəyanatda qeyd edilir.

Daha çox göstər
Back to top button