Siyasət

Bakı həbsxanasında olan erməni Marat Qalustyanın sağlamlıq vəziyyəti ağırdır

Bakıda keçmiş il saxlanılmış erməni əsilli, Rusiya vətəndaşı Marat Ueldanov-Qalustyanın sağlamlıq vəziyyəti ağırdır. Bu haqda Tert.am-ə müsahibədə onun partnyoru Yelena Makarenko bildirib.

“Onu inyeksiya edirlər, lakiin Rusiya XİN susur. Biz qərarı gözləyirik”,-deyə o qeyd etdi.

Yelena Makarenko anlatdı ki, Bakı həbsxanasında çox ağır vəziyyətdə olan partnyoru haqqında Qızıl Xaç Beynəlxalq Təşkilatından məlumat aldılar.

Xatırlataq ki, Marat Ueldanov-Qalustyan keçən il iyunun 9-da  narkotikin böyük miqdarda qanunsuz istəhsalı, əldə etməsi, saxlaması və daşıması üçün saxlanılmışdı. Lakin onun dostları və həmkarları Azərbaycan versiyasını təkzib edərək bu ittihamların əasassız olduğunu hesab edirlər. Bundan əlavə, anlatırlar ki, dindirmə zamanı Marat Ueldanova onun milliyyəti barədə soruşurlardı.

Marat Ueldanov Azərbaycanda bir ildən çoxdur ki, Avstriya «Do & Co» şirkətində işləyirdi. Onun pasportunda erməni soyadı deyil, həyat yoldaşının soyadı qeyd edilirdi və beləliklə də, Bakıda heç vaxt diqqət mərkəzimizdə olmamışdı. Marat 1990-larda bakıdan ailə ilə Rusiyaya daşınmışdı.

Daha çox göstər
Back to top button