Beynəlxalq

Ekspert:” Rus-israilli blogeri Lapşinin həbs olunması və ekstradisiyası rəsmi Bakı üçün zərərli ola bilər

İsrail “Kursor” saytının bildirdiyinə görə, Knesset (İsrail parlamenti) deputatı Kseniya Svetlova  İsrail baş naziri Benyamin Netanyahu  və müdafiə naziri Avigdor  Libermana müraciət etdi.

“Oyanın, Lapşini azad edilməsinə kömək edin.  İndi onun həyatı təhlükə altındadır. Baş naziri və Müdafiə nazirini öz əlaqələri və nüfuzundan istifadə edərək, israilli bolgerin azad edilməsini  təmin etmək üçün  çağırış edirəm.

Aleksandr Lapşin İsrail Silahlı Qüvvələrində xidmət edib, ölkənin uğrunda öz canını təhlükəyə atıb- indi İsrail onun taleiylə maraqlanmır.

Həyatı təhlükə altında olan İsrail vatəndaşının müdafiəsi üçün mən xahiş ilə sizə müraciət edirəm.

Lapşinin həbs olunmasından sonra ona  kömək etməyə çalışdım, lakin heç bir nəticə alınmadı. Çox gec olmadan, müdaxilə etməyi xahiş edirəm”- deyərək Svetlova qeyd etdi.

Eyni zamanda Rusya  “Pervi Kanal” proqramında siyasi analitiklərə görə,  Lapşinin Bakıya ekstradisiyası üçün əsl səbəbləri olduqca fərqlıdır.

“Lukaşenko öz xarici siyasətini diversifikasiya etmək istəyir. O, daim Rusiyanı təhdid edir ki, Ukrayna Odessa-Brodı boru kəməri ilə Azərbaycandan neft ixrac edəcək.

Bu, əlbəttə, uydurmadır, lakin Belarus Azərbaycanla münasibətlərini inkişaf etdirməyə  çalışır.

Belarus Azərbaycanın xəstə nöqtələriylə oynamağa çalışır və  bunun üçün o insanın taleyiylə oynayır o, insanı satır”- deyə Lomonosov adına Moskva Dövlət Universitetinin Ukrayna və Belarus ilə bağlı araşdırımlar mərkəzinin direktor müavini Bogdan Bezpalko vurğuladı.

Daha çox göstər
Back to top button